29.03.2025 12:18
Bloqer Cavid Nəsrullah \"Bakı Metropoliteni\" QSC-də yeni vəzifəyə təyin edilib.
Pravda.az-ın məlumatına görə C.Nəsrullah QSC-də Kommunikasiya departamentinə müavin təyin olunub.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib: \"Bəli, Cavid Nəsrullah müavin təyin olunub. Bundan öncə o, \"Azerfon\" (Nar), \"Gilan Holding\"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və ADY-də çalışıb\".