Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Türkiyədə sərnişin avtobusu xəndəyə düşüb: Ölən və çoxlu sayda xəsarət alan var

24.03.2025 09:09

Türkiyənin Aydın bölgəsinin Kuyucak rayonunun ərazisində sərnişin avtobusunun xəndəyə düşməsi nəticəsində bir nəfər ölüb, 32 nəfər yaralanıb.


Oxu.Az bu barədə \"Haber Global\"a istinadən xəbər verir.


Qəzadan sonra hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım xidmətinin personalı cəlb olunublar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.


Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Geri xəbərlərə