Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

ABŞ əfqanıstanlı naziri və qohumlarını \"qara siyahı\"dan çıxarıb

23.03.2025 23:35

ABŞ Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin yeri barədə məlumat verən üçün nəzərdə tutulan 10 milyonluq mükafatı ləğv edib.


\"Report\"un məlumatına görə, bu barədə \"Ariana News\" mənbələrə istinadən yazıb.


Qeyd olunub ki, onun qohumları Əbdüləziz Hakkani və Yəhya Hakkaninin adları da ABŞ-nin \"qara siyahı\"sından çıxarılıb.


Xatırladaq ki, ABŞ Hakkaninin yaratdığı şəbəkənin üzvlərini Əfqanıstanda ABŞ hərbi və NATO koalisiya qüvvələrinə qarşı hücumların koordinasiyasına və iştirakına görə axtarış verib.

Geri xəbərlərə