Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Azərbaycan millisi ada ölkəsinin yığması ilə qarşılaşacaq

04.03.2025 10:45

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.


Oxu.Az xəbər verir ki, komandamız Haiti yığması ilə qarşılaşacaq.


Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Lakin matçın başlama saatı hələlik dəqiqləşməyib.


Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Geri xəbərlərə