Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

\"Cülyetta\" obrazı ilə məşhurlaşmış britaniyalı aktrisa vəfat edib

28.12.2024 07:51

Britaniyalı aktrisa, \"Romeo və Cülyetta\" (1968) filmində \"Cülyetta\" obrazını canlandıran Oliviya Hassi 74 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun ailəsi \"Instagram\"da məlumat yayıb.

\"Dekabrın 27-də öz evində, yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən Oliviya Hassinin vəfatını dərin hüznlə bildiririk\", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, karyerası ərzində Oliviya Hassi \"Nazaretli İsa\" (1977), \"Nildə Ölüm\" (1978) , \"Tereza Ana\" (2003) daxil olmaqla 50-dən çox film və serialda rol alıb. 1969-cu ildə \"Romeo və Cülyetta\" filmindəki baş roluna görə \"Qızıl Qlobus\" mükafatını qazanıb.


Geri xəbərlərə