21.12.2024 10:22
Gələn il Rusiyada \"Vətənin müdafiəçisi ili\" elan olunacaq.
\"Qafqazinfo\" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasında bildirib.
O, 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd olunacağını xatırladıb.
\"Bununla əlaqədar olaraq, xüsusi hərbi əməliyyat iştirakçılarının şərəfinə və bütün əcdadlarımızın şücaətlərinin xatirəsinə 2025-ci ilin \"Vətən müdafiəçisi ili\" elan edilməsini təklif edirəm\", - Putin qeyd edib.