Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Fransa Liqası: PSJ \"Lion\"u məğlub etdi

16.12.2024 08:40

Fransa Liqa 1-də PSJ və \"Lion\"un qarşılaşdığı 15-ci turun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Parisdəki \"Park de Prens\" stadionunda baş tutub. PSJ 3:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesab artıq səkkizinci dəqiqədə açılıb, PSJ-nin hücumçusu Usman Dembele fərqlənib. 14-cü dəqiqədə Vitinya penaltidən oyunda fərqi ikiyə çatdırıb. 40-cı dəqiqədə Georgi Mikautadze bir qolun əvəzini çıxıb. 88-ci dəqiqədə Paris klubunun hücumçusu Qonsalu Ramos komandasının 3-cü qolunu vurub.

PSJ Fransa Liqa 1-in turnir cədvəlində 15 oyundan 37 xal toplayıb. \"Lion\" 15 oyundan sonra 25 xal toplayıb və beşinci yerdədir.


Geri xəbərlərə