12.12.2024 10:30
\"Real Madrid\"in fransalı hücumçusu Kilian Mbappe zorlamada ittiham olunduğu üçün təəccübləndiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, onun sözlərini \"Canal+\" yayıb.
\"Gözləmədiyim məsələlər var. Mən heç nə almadım, açıqlama da vermədim. Hamı kimi mən də eyni yazıları oxuyurdum. İsveç hökuməti də heç nə deməyib. Bu, məni narahat etmir, sadəcə bir anlaşılmazlıqdır\", - deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 15-də KİV Mbappenin Stokholmdakı hoteldə törədilən zorlamada şübhəli bilindiyini yazıb. Futbolçunun cinayət işindəki statusu \"əsaslı şübhəli\" kimi qeyd olunub. O özü isə bu ittihamları \"saxta\" adlandırıb.