Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Prokuror baş redaktora 15 il cəza istədi

05.01.2010 19:51

Milli.az xəbərlər portalının məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən N.Quliyevin 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmə prosesi yanvarın 11-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Xatırladaq ki, Nazim Quliyev Cinayət Məcəlləsinin 182.2.3, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədə-qorxu gəlmə), 221.1 (xuliqanlıq) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, və ya satma) maddələri ilə ittiham olunur.

N.Quliyev daha əvvəl - 2009-cu ilin mayında \"Azəri-Türk\" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiası əsasında Nəsimi rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Anar Məmmədov
Milli.Az

Geri xəbərlərə