Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Millimizin futbolçusu zorladığı iddia olunan modellə yenidən görüşüb

22.06.2016 02:26

Millimizin futbolçusu zorladığı iddia olunan modellə yenidən görüşüb


Almaniyalı model Qina Liza-Lohfinki zorlamaqda günahlandırılan Azərbaycan millisinin hücumçusu Pərdis-Fərcad Azadın məsələsində yeni məlumat yayılıb.

May.Az \"Qafqazinfo”-ya istinadən məlumat verir ki, Gina-Liza Pərdis-Fərcad Azadla həmin hadisədən sonra görüşüb və yenə də birlikdə olublar. Həmin görüşdə Almaniya milli komandasının və \"Bavariya”nın müdafiəçisi Jerom Boatenq də iştirak edib.

Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə Berlin məhkəməsinə müraciət edərək bildirib ki, Pərdis Fərcad-Azad və Sebastian adlı şəxs onu zorlayıb. Növbəti məhkəmə prosesi 27 iyun tarixində keçiriləcək.

Geri xəbərlərə