Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Prezident onlara möhlət verdi: Fərman imzalandı

22.06.2016 02:10

Prezident onlara möhlət verdi: Fərman imzalandı


Prezident İlham Əliyev \"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.


May.Az xəbər verir ki, Trend-in məlumatına görə, qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Qeyd edək ki, indiyə qədər hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

Geri xəbərlərə